ABŞ: Zumwalt esminesinin sınaqları başlayıb

ABŞ: Zumwalt esminesinin sınaqları başlayıb
20:43 8 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
ABŞ Hərbi Dəniz Qüvvələri tarixində ən böyük esmines olan Zumwalt ilk sınaqlar üçün dənizə çıxarılıb.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, korpusunun uzunluğu 185 metr, subasımı 15 min ton olan esmines 4,4 milyard ABŞ dollarına başa gəlib. Hərbi gəmi əm müasir radar və sonorlarla, güclü raket və silahlarla təchiz olunub. Zumwalt esminesinin korpusu isə onun radarla aşkarlanması ehtimalını azalda biləcək formada layihələndirilib.
Gəminin ABŞ Hərbi Dəniz Qüvvələrinə gələn il verilməsi gözlənilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_Zumwalt_esminesinin_sinaqlari_baslayib-909485

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR