Ailələrin qulağı səsdə, gözləri yoldadır... - VİDEO

Ailələrin qulağı səsdə, gözləri yoldadır... - VİDEO
21:12 8 Dekabr 2015
127 Digər
Ölkə mətbuatı
A- A+

chr("39")chr("39")Günəşli chr("39")chr("39") yatağında baş vermiş qəzada itkin düşənlərin yaxınları gələcək xəbərləri böyük həyacanla gözləyir. Hər ötən gün isə ümidlər azalir.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki,  ailəsi ,valideynləri və yaxınlarının qulağı səsdə, gözləri yoldadır.

Qazax rayonunun Ağköynək kənd sakini 44 yaşlı Xalid İbrahimov da "Günəşli" yatağında baş verən hadisə zamanı  itkin düşənlər arasında olub. 10 ildən artıqdı qaynaqçı kimi fəaliyyət göstərən kənd sakini zəhmətkeşliyi ilə hər zaman qohumların, qonşuların diqqətini çəkib.

2 qız, bir oğlan övladı olan Xalidin  qohumları paytaxta yollanaraq onun qaydacağı anı gözləyirlər.

İtkin düşən Göyçayın Qaraməryəm kənd sakini  Zaur  Həsənovun da yolunu gözləyirlər. 40 yaşlı  Zaur yanğın baş verən kimi dərhal ailəsinə xəbər verib.

Onun qardaşı Müşfiq Həsənovda neftçidir. O da həmin gün digər platformada işdə olub.

İtkin düşən Xaçmazın Xudat şəhər sakini  Edik Rzaxanov da ailəsi ilə  ən son dekabrın 4-də  əlaqə saxlayıb. O da havanın küləkli olduğunu bildirib. Sonra isə telefonuna zəng çatmayıb.

Astara sakinləri isə itkin düşən  Kakalos kənd sakini 22 Yaşlı Tural Babazadəni anıblar. İnsanlar  Xəzərin sahilinə  gələrək  tər qərənfillər  düzüb, onlar üçün dualar ediblər.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388730.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR