Uşaqlara yeni peyvənd vurulacaq - VİDEO

Uşaqlara yeni peyvənd vurulacaq - VİDEO
21:17 8 Dekabr 2015
60 Digər
Ölkə mətbuatı
A- A+

Gələn ildən etibarən təkmilləşdirilmiş peyvəndlərin vurulmasına başlanılacaq. İflicə səbəb olan viruslara qarşı peyvənd digərlərindən fərqlənir. Tərkibində virus olmayacaq.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, 2016-cı ildən etibarən uşaqlara ən son texnologiya ilə təkmilləşdirilmiş yeni növ peyvənd  vurulacaq.

Bu, onurğa beynin vacib nüvələrini zədələyən ağır iflicə və ölümə səbəb olan təhlükəli xəstəlik- poliomielitə qarşı olacaq.

Poliomielit əleyhinə vaksinin digərlərindən fərqi  tərkibində zəiflədilmiş də olsa virusların olmamasıdır.

Təkmilləşdirilmiş vaksin uşaqlara yalnız bir dəfə olmaqla ödənişsiz  vurulacaq.

Vaksinlərin Azərbaycana gələn ilin əvvəlində gətirilməsi və tətbiq olunması nəzərdə tutulur.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR