Dərs cərimələrini hansı qurum təyin edəcək? - VİDEO

Dərs cərimələrini hansı qurum təyin edəcək? - VİDEO
21:22 8 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Bir ay ərzində dərsdən 7 gündən çox qalan şagirdlərin valideynlərini cərimələyəcək dövlət qurumları məlum olub. Bu qanun yuxarı sinif şagirdlərinin dərsə davamiyyətini əngəlləyən ali məktəbə hazırlıq prosesinə də təsir edəcək. Hədəf hazırlıq işinin məktəbdə təşkil olunmasını təmin etməkdir.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki,  1 ay ərzində dərsdən 7 gündən artıq qalan şagirdlərin valideynlərini cərimələyəcək dövlət qurumları məlum olub. Dövlət başçısının fərmanına görə bu xarakterli inzibati xətalar haqqında işlərə yerli icra hakimiyyəti başçısının şəhər, qəsəbə, kənd və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri baxacaq. Cərimələrin hansı formada ödənəcəyinə aydınlıq gəlib.

Cərimə olunan valideynin övladı əsassız şəkildə dərsə davam etməzsə o, hətta məktəbdən də qovula bilər.

Digər tərəfdən yuxarı sinif şagirdlərinin dərsə davamiyyətini ali məktəbə hazırlıq da əngəlləyir. Buna görə də qanunun hədəfi  hazırlıq işinin məktəbdə təşkil olunmasını təmin etməkdir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388675.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR