Dənizdə həlak olanlar dəfn edildi - VİDEO

Dənizdə həlak olanlar dəfn edildi - VİDEO
21:22 8 Dekabr 2015
276 Digər
Ölkə mətbuatı
A- A+

"Günəşli" yatağının 10-cu platformasında baş verən yanğın nəticəsində dünyasını dəyişənlər torpağa tapşırılıb. Bu gün Bakı, Quba və Xaçmazda dəfn mərasimləri keçirilib. 

"Günəşli" platformasında neftçiləri xilas edərkən ölən xilasedici, 34 yaşlı Fuad Tağıyev bu gün son mənzilə yola salınıb.

3 uşaq atası olan Fuad Tağıyev 8 il "Günəşli" platformasında xilasedici işləyib. İki oğul atası olan Fuad Tağıyevin sentyabrda qızı doğulub.  Hadisədən əvvəl mərhum, ailəsi ilə vidalaşmaq üçün evinə zəng edib. Yalnız ortancıl oğlu ilə vidalaşmağa macal tapıb.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki,  həlak olmuş neftçi Ağa Mahmudovun yas mərasimi  isə Xaçmazda olub. O da ailə üzvlərindən ən son oğlu ilə əlaqə saxlayıbmış. 

47 yaşlı Ağa Mahmudovun 14 və 17 yaşlarında iki oğulu var. Xaşmazda bütün kənd sakinləri, mərhumun qohumları, rayon ictimaiyyəti, İcra Hakimiyyəti başçısı onunla vidalaşmaq üçün gəliblər.

Samir Mayılov da  doğulduğu Alpan kəndində dəfn olunub. Mərhum neftçinin 8 və 9 yaşlarında iki övladı var.

Samir Mayılov ölümündən əvvəl digər platformada işləyən yaxın qohumu ilə telefonla danışıb. Ona güclü küləyin baş verəcəyi xəbərdarlığını edib və diqqətli olmasını bildirib. 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388680.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR