Ehtiyacımıza vur-tut 5 manat artım

Ehtiyacımıza vur-tut 5 manat artım
21:37 8 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda 2016-cı il üçün yaşayış minimumu müəyyən edilib.

Milli.Az anspress-ə istinadən bildirir ki, yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilib.

2015-ci ildə yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün isə 108 manat idi.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadiyyat doktoru Vüqar Bayramov ANS PRESS-ə açıqlamasında bildirib ki, Azərbaycan MDB (Müstəqil Dövlətlər Birliyi) ölkələri ilə müqayisədə həm orta pensiya məbləğinə, həm də yaşayış minimumunun həcminə görə ilk üçlüyə daxildir.

"Ümumiyyətlə, Rusiya, Azərbaycan və Qazaxıstan yaşayış minimumuna görə MDB ölkələri içərisində aparıcı mövqeyə malikdir", - deyə o əlavə edib.

Bununla belə, o həmçinin qeyd edib ki, son dövrlərdə xərclərin strukturu dəyişib və əmək qabiliyyətli əhali daha çox xərcləmələr etməyə məcburdur. 

Bu səbəbdən də Azərbaycanda yaşayış minimumu artırılmalıdır. Məsələn, Rusiyada rublun devalvasiyasına baxmayaraq, yaşayış minimumu yüksək olaraq qalır. 

Ümumiyyətlə, yaşayış minimumu yoxsulluğun səviyyəsinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Gəliri az olan əhalinin ehtiyacları dövlət tərəfindən kompensasiya edilməlidir.

Bu isə büdcə xərclərini və büdcədən ayrılan vəsaiti müəyyən edib prezidentə təqdim edərkən dövlət qurumlarının daha diqqətli olmağını tələb edir. Çünki bir çox yoxlamalar zamanı bir sıra dövlət qurumlarında büdcə vəsaitlərinin ehtiyacdan artıq xərcləndiyi aşkar olunduğu halda, son dövrlərdə əhali arasında sosial problemlər, maddi çətinliklər səbəbindən cinayət hadisələrinin, intiharların, əhali arasında narazılığın artdığı müşahidə edilir.

Məsələn, bu yaxınlarda Hesablama Palatası Dövlət Statistika Komitəsində apardığı yoxlamalar zamanı büdcədən quruma ayrılan vəsaitin xərclənməsində nöqsanlar aşkarlayıb.

Komitə podratçı təşkilatlara əlavə vəsaitin ödənilməsinə imkan yaradıb, beynəlxalq tədbirlərin keçirilməsi, ezamiyyət xərclərinin ödənilməsi zamanı artıq xərclərə yol verib. 

Bundan başqa, bir sıra elektron xidmət və vasitələrlə təchiz edildiyi halda blanklar, məcmuələr, müxtəlif materiallar və s. çap işləri həyata keçirilməklə büdcə vəsaitlərindən səmərəsiz istifadə olunmasına şərait yaradıb.

Bir sözlə, hazırda neftin qiymətinin aşağı olduğu bir vaxtda kəskin xərclərə getmək mümkün deyil. Amma istənilən halda yaşayış minimumu mərhələli şəkildə olsa belə artırılmalıdır. Çünki qiymətlərdə artım var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi də yaşayış minimumunu müəyyən edərkən bunu nəzərə almalıdır.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Həmsədrlər bəyanat verdi

24 Sentyabr 2017 01:44

Türkiyə Super Liqası: "Fənərbağça" - "Beşiktaş" - 2:1

24 Sentyabr 2017 01:37

Xızıda 616 ədəd partlamamış hərbi sursat aşkarlanıb

24 Sentyabr 2017 01:27

Salyanda qəza: 68 yaşlı qadın ağır xəsarət aldı

24 Sentyabr 2017 01:23

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə

24 Sentyabr 2017 01:18

Şimali Koreyadan inanılmaz etriaf

24 Sentyabr 2017 00:57

Bakıda yeni fırıldaq - Bələdiyyə avtobusu - VİDEO

24 Sentyabr 2017 00:53

Sentyabrın 24-nə olan

24 Sentyabr 2017 00:40

Voleybol üzrə Avropa çempionatında 2-ci turun nəticələri

24 Sentyabr 2017 00:33

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə məlumat yayıb

24 Sentyabr 2017 00:27

Dağıstanda zəlzələ baş verib

24 Sentyabr 2017 00:19

Astroloji proqnoz - 24 sentyabr

24 Sentyabr 2017 00:13

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda görüşü başa çatıb

24 Sentyabr 2017 00:12

Rusiya Türkiyəni, Polşa Macarıstanı məğlub etdi

23 Sentyabr 2017 23:57

İstanbulda İŞİD-lə əlaqali əcnəbilər tutuldu

23 Sentyabr 2017 23:49

"Zirə" say üstünlüyündən yararlana bilmədi

23 Sentyabr 2017 23:48

Voleybolçu qadınlar arasında Avropa çempionatında növbəti oyunlar keçirilib

23 Sentyabr 2017 23:47

Bu qidaları ətlə yeməyin

23 Sentyabr 2017 23:46

Masallıda 45 yaşlı kişi öz evini yandırdı

23 Sentyabr 2017 23:33

Şabranda yanğın olub

23 Sentyabr 2017 23:29

Bakı və Masallıda ev yandı

23 Sentyabr 2017 23:19

Neymarın komandasını dayandıran tapıldı

23 Sentyabr 2017 23:18

Azərbaycan təmsilçisi ağır atletlər arasında Avropa birinciliyinin bürünc mükafatçısı olub

23 Sentyabr 2017 23:17

"Buna xüsusi hazırlaşmışdıq" - Ayxan Abbasov

23 Sentyabr 2017 23:17

Qapalı geyimdə avtomobil idarə etmək qadağan olundu

23 Sentyabr 2017 23:15

ABŞ bombardmançıları Şimali Koreyaya yaxınlaşdı

23 Sentyabr 2017 23:03

Cüdoçularımız Serbiyada 3 bürünc medal qazandı

23 Sentyabr 2017 22:58

"Məncə, hakimin o qərarı düzgün deyildi" - Zaur Svanadze

23 Sentyabr 2017 22:57

Qəzada növbəti ağır xəsarət

23 Sentyabr 2017 22:49

Masallıda 6 otaqlı ev yandı

23 Sentyabr 2017 22:46

Öz evini qəsdən yandırdı

23 Sentyabr 2017 22:44

ABŞ bombardmançıları KXDR sahillərində

23 Sentyabr 2017 22:39

Azərbaycan cüdoçuları Serbiyada 3 bürünc medal qazanıb

23 Sentyabr 2017 22:37

"Səbail" Gəncə komandasını belə yendi - VİDEO

23 Sentyabr 2017 22:37

ABŞ-ın döyüş təyyarələri Şimali Koreyaya çatdı

23 Sentyabr 2017 22:33

Paraşütlə insanların üzərinə düşdü - QƏZA

23 Sentyabr 2017 22:28

Salyanda baş vermiş yol qəzasında 4 nəfər xəsarət alıb

23 Sentyabr 2017 22:17

Üz quruluşu belə olan şəxslə evlənməyin

23 Sentyabr 2017 22:17

Türkiyə İraqda ordudan istifadəyə dair mandatı uzatdı

23 Sentyabr 2017 22:14

"Roma" Bakıya qələbə ilə gəlir

23 Sentyabr 2017 22:13

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha 2 oyunu keçirilib

23 Sentyabr 2017 22:07

Artur Rasi-zadənin həyat yoldaşı vəfat etdi

23 Sentyabr 2017 22:04

Hacıqabulda avtomobil piyadanı vurub

23 Sentyabr 2017 22:02

Qubada dəhşətli hadisə

23 Sentyabr 2017 22:01

Xudatda QƏTL: 54 yaşlı kişini daşla öldürdü

23 Sentyabr 2017 21:58

Meksikada zəlzələ qurbanlarının sayı 305 nəfərə çatıb

23 Sentyabr 2017 21:52

ABŞ-da silahlı insident

23 Sentyabr 2017 21:31

İngiltərə Premyer Liqası: "Çelsi" "Stok Siti"yə böyük hesabla qalib gəlib

23 Sentyabr 2017 21:27

Məmmədyarov-Nalbandyan görüşü başladı

23 Sentyabr 2017 21:24

KURYOZ: Mühafizəçi oyunu unutdu, telefonla danışa-danışa meydana girdi - VİDEO

23 Sentyabr 2017 21:23