​Saratov vilayəti Azərbaycandan sitrus meyvələri idxalını artıracaq

​Saratov vilayəti Azərbaycandan sitrus meyvələri idxalını artıracaq
22:27 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 08 dekabr. REPORT.AZ/ Rusiyanın Saratov vilayəti Azərbaycandan sitrus meyvələri idxalını artıracaq.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə kənd təsərrüfatı məsələləri üzrə müşavirə zamanı vilayət hökumətinin sədr müavini Aleksandr Solovyov məlumat verib.
Müşavirədə 2015-ci ilin istehsal göstəricilərindən danışan sədr müavini, idxal məsələlərinin də nəzərdən keçirildiyini bildirib. Onun sözlərinə görə, Çin, Mərakeş, Azərbaycan, İsrail və Serbiyadan meyvə məhsulları, əsasən də sitrus meyvələri idxalı həcmlərinin artırılması gözlənilir.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/saratov-vilayeti-azerbaycandan-sitrus-meyveleri-idxalini-artiracaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR