Rusiyalı jurnalistlər Türkiyədən deportasiya edildi

Rusiyalı jurnalistlər Türkiyədən deportasiya edildi
22:29 8 Dekabr 2015
37 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə “Rossiya 1” telekanalının jurnalisti Aleksandr Buzaladze çəkiliş qrupunu deportasiya edib. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə Ümumrusiya dövlət teleradio şirkətinin mətbuat xidmətindən bildirilib.  

 

Məlumata görə, rəsmi Ankara Rusiya səfirliyinin qərarın səbəblərinə dair sorğusuna cavab verməkdən imtina edib. “Jurnalistlər Suriya ilə həmsərhəd Hatay əyalətindən qonşu Qazıantep əyalətinə yollanarkən saxlanılıblar”, deyə məlumatda bildirilir.  

 

“Xüsusi müxbir” verilişinin jurnalistlərinin mülki geyimli naməlum şəxslər tərəfindən saxlanıldığı bildirilir. Rusiya telekanalı iddia edir ki,  jurnalistləri saxlayan şəxslər özlərini təqdim etməkdən və sənədlərini göstərməkdən imtina ediblər.  

 

Dekabrın 7-də saxlanılan rusiyalı jurnalistlər  polis bölməsinə aparılıb. Burada onlara Türkiyə Respublikası ərazisində xarici jurnalistlərin fəaliyyətinə dair  qanunvericiliyini pozduqlarına görə  ölkədən deportasiya edilmələri barədə qərar verildiyi bildirilib.   

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224459

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR