İlhamə Quliyeva həftə sonu evə buraxılacaq

İlhamə Quliyeva həftə sonu evə buraxılacaq
22:42 8 Dekabr 2015
155 Digər
Ölkə mətbuatı
A- A+

Xalq artisti İlhamə Quliyeva həftə sonu xəstəxanadan evə buraxılacaq. 

Milli.Az aznews.az-a istinadən bildirir ki, bu barədə sənətkarın özü məlumat verib. O, özünü yaxşı hiss etdiyini bildirib: "Çox yaxşıyam, səhhətim də qaydasına düşür. Həkimlər deyir ki, həftə sonu sizi evinizə buraxacağıq".

İ.Quliyeva onu da əlavə edib ki, xəstəxanada olduğu müddətdə həmkarları onu tək buraxmayıb: "Elə bir gün olmayıb ki, yanıma gəlib, mənimlə maraqlanan olmasın. Hamıya təşəkkürümü bildirirəm". 

Xatırladaq ki, İlhamə Quliyeva səhhətinin pisləşməsi ilə əlaqədar noyabrın 2-də Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Sənətkarın damarlarında problem yaranıb.
Qeyd edək ki, o, bir müddət bundan əvvəl ürəyindən əməliyyat olunub.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/388751.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR