Bakıda qapı arxasında köməksiz qalan 2 azyaşlı xilas edilib

Bakıda qapı arxasında köməksiz qalan 2 azyaşlı xilas edilib
22:43 8 Dekabr 2015
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakıda şəhərində qapı arxasında köməksiz qalan 2 azyaşlı xilas edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, şəhərin Yasamal rayonunda 2 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır.

Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur.

Xilasedicilər mənzilin qapısını açmış və azyaşlıları aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 19:52-də başa çatmışdır.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR