Naxçıvan üçün böyük təhlükə

Naxçıvan üçün böyük təhlükə
23:41 8 Dekabr 2015
67 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın ermənipərəst siyasi qüvvələri Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanı münaqişə zonasına çevirməyə çalışırlar.

ANS PRESS-in məlumatına görə, Türkiyə tərəfindən Rusiyaya məxsus Su-24 təyyarəsinin vurulmasından sonra bu qüvvələr xüsusilə fəallaşıblar. Belə qüvvələrin sırasında yer alan “Regnum” İnformasiya Agentliyi dekabrın 11-də öz mətbuat mərkəzində Moskva və Qars müqavilələrinin denonsasiyası, yəni qüvvədən salınması mövzusundə dəyirmi masa təyin edib.

1921-ci il martın 16-da Türkiyə Böyük Millət Məclisi (TBMM) və Sovet Rusiyası arasında imzalanmış Moskva müqaviləsinə görə, keçmiş İrəvan quberniyasının Naxçıvan və Şərur-Dərələyəz qəzaları Azərbaycan ərazisi kimi tanınıb. Həmçinin Qars vilayəti və İrəvan quberniyasının keçmiş Sürməli qəzası və Aleksandropol qəzasının qərb hissəsi bu müqaviləyə görə Türkiyə ərazisi kimi müəyyən edilib. Moskva müqaviləsi nəticəsində əldə edilmiş anlaşma daha sonra 1921-ci il oktyabrın 13-də Türkiyənin Qars şəhərində Ermənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında Rusiyanın iştirakı ilə bağlanmış miüqavilə nəticəsində yekun təsdiqini tapıb. Ermənistandan müqaviləyə xarici işlər naziri Poqos Makinzyan, Azərbaycandan isə dövlət nəzarəti naziri Behbud Şaxtaxtinski qol çəkib. Gürcüstanı nazirlər Şalva Eliava və Aleksandr Svanidze, Türkiyəni Kazım Qarabəkir paşa, Rusiyanı isə səfir Yakov Qanetski təmsil edib.


Qars müqaviləsi nəticəsində Türkiyə-Rusiya sərhədinin şərqə doğru yer dəyişməsi

Beynəlxalq müstəvidə Naxçıvanı Azərbaycan ərazisi kimi təsbit edən bu müqavilənin əsas qarantları kimi həmişə Türkiyə və Rusiya tanınıb. SSRİ dağıldıqdan sonra Ermənistan mətbuatında Qars müqaviləsinin denonsasiya edilməsi və Naxçıvana qarşı ərazi iddiası qaldırılması barədə Ermənistan mətbuatında təkliflər səsləndirilsə də rəsmi İrəvan bu istiqamətdə heç bir real addım atmağa cürət etmirdi. Amma Rusiyada ekspertlər səviyyəsində başlanan bu hay-küy regionda xüsusilə Naxçıvan üçün yeni problemlər yarada bilər. Erməni millətçiləri iddia edirlər ki, 1918-ci ildə Zaqafqaziya seymi dağılan zaman bölgüyə görə, İrəvan quberniyası və Qars vilayəti ermənilərin payına düşmüşdü. Buna görə də, Qars müqaviləsini qüvvədən salmaqla İrəvan quberniyasına daxil olmuş Sürməli, Naxçvan və Şərur-Dərələyəz qəzalarına və Rusiya impreriyasının Qars vilayətinə yenidən iddia qaldırmağı mümkün sayırlar. Dolayısı ilə ermənilərin yeni ərazi iddiası Azərbaycanın Naxçıvan Muxtar Respublikası və müasir Türkiyənin əsasən azərbaycaqnlılar yaşayan Qars, İqdır və Ərdəhan vilayətləri ilə bağlı ola bilər.

Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı, politoloq Fikrət Sadıqlı Rusiya paytaxtında başlanan bu hay-küyün Türkiyə ilə bağlı olduğunu vurğulayır. “Əslində, ekspertlər səviyyəsində qaldırılmış bu hay-küy Rusiya-Türkiyə münasibətlərinin gərgin vəziyyəti fonunda Ankaraya bir növ ideoloci təzyiq məqsədi güdür. Təbii ki, bu müəyyən qədər Azərbaycana da təsir edə bilər. Xüsusilə, Kremlin bu hay-küyə yaşıl işıq yandırması açıq-aydın görünür”,- deyə Fikrət Sadıxov ANS PRESS-ə bildirib.


Fikrət Sadıqov - politoloq

Lakin politoloq məsələ ilə bağlı qalxan hay-kyün ölkələrin ərazi bütövlüyünə heç bir təsir göstərə bilməyəəcyini söyləyir: “BMT-nin qəbul elədiyi beynəlxalq sərhədlər var. Heç bir ölkə birtərəfli qaydada bu sərhədləri tanımıdağını bəyan edə bilməz”.

Məhz bu səbəbdəndir ki, Ermənistan hökuməti Qars müqaviləsini tanımadığını bəyan etsə də, sənədin rəsmi denonsasiya prosedurlarını gerçəkləşdirməyib. Qars müqaviləsindən narazı olan və Türkiyədə əhalisinin bir hissəsi müsəlman gürcü olan Artvin vilayətini tarixi ərazisi sayan Gürcüstanın parlamentinə də 2005-ci ildə sənədi denonsasiya etmək barədə səlahiyyət verilmişdi. Amma Gürcüstan parlamenti sənədi denonsasiya etmədi. Belə çıxır ki, rəsmi Tiflis bu işin heç bir fayda verməyəcəyini anladı. Hər halda, Avropanın ən güclü ordusuna maşlik Türkiyə ilə qarşıdurmanın heç də uğur gətirməyəcəyini gürcü deputatlar vaxtında dərk etdilər.

Amma istənilən halda, Azərbaycan ehtiyatlı olmalıdır. Hər halda, söhbət bütün beynəlxalq hüququ və Helsinki xartiyasını ayaqlayaraq Krımı ilhaq etmiş Rusiyanın paytaxtında başlamış yeni əks-təbliğat dalğasından gedir. Rəsmi Bakı məsələ ilə bağlı dərhal hərəkətə keçərək Rusiya rəhbərliyi ilə danışaqlar aparmalı, Kremlə yaxın ekspertlərin başladığı bu qara piar dalğasını dayandırmalıdır.

Putin bu savaşdan milyardlar itirəcək



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366781

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR