Oğrunu timsah yedi

Oğrunu timsah yedi
00:05 9 Dekabr 2015
53 Digər
Ölkə mətbuatı
A- A+

O izi itirmək üçün suya girib.

ABŞ-ın Florida ştatında oğurluqda şübhəli bilinən şəxsi göldə timsah yeyib. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, noyabrın 13-də Berfut-Bey qəsəbəsinin sakinləri polisə evlərinin ətrafında mütəmadi olaraq iki şübhəli şəxsin gəzdiyi barədə məlumat veriblər.

Polis axtarışa başlayaraq, oğruların izinə düşüb. Cinayətkarların axtarışına polis itləri və vertolyot da cəlb edilib. Lakin caniləri tutmaq mümkün olmayıb.

Elə həmin ərəfələrdə Palm-Bey sakini 22 yaşlı Metyu Riqqins itkin düşüb. Onun cəsədi 10 gün sonra göldə tapılıb. 

Ekspertiza göstərib ki, Riqqinsə timsah hücum edib. 3,4 metr uzunluğu olan timsahın mədəsindən insan bədəninin hissələri tapılıb.

Polis rəisinin sözlərinə görə, Riqqins öz rəfiqəsini oğurluğa gedəcəyi barədə əvvəlcədən xəbərdarlıq edib. O izinə polis itlərinin düşdüyünü görüb və izi itirmək üçün suya girib. 

Lakin bu qərar sonda faciə ilə nəticələnib.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR