İran “T-90” tankları alır

İran “T-90” tankları alır
01:34 9 Dekabr 2015
41 Dünya
Ölkə mətbuatı
A- A+

 İran  Rusiyadan “T-90” tankları almaq niyyətindədir. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Tehranda İranın Quru Qoşunları komandanı briqada generalı Əhməd Rza Pürdastan bildirib.

 

“Bizim Rusiya ilə hərbi-texniki sahədə münasibətlərimiz möhkəmlənib. Rusiyanın “T-90” tanklarının alınması məsələsi gündəmdədir. Ümid edirik ki, müvafiq kontraktlar imzalanacaq və bizim mütəxəssislər bu müasir texnikanın istismar təcrübəsini mənimsəmək üçün Rusiyaya yollanacaqlar”, deyə general Əhməd Rza Pürdastan bildirib.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224465

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR