Avropa Rusiyaya qarşı sanksiyaları yenə uzadır

Avropa Rusiyaya qarşı sanksiyaları yenə uzadır
02:04 9 Dekabr 2015
29 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları daha altı ay uzatmaq niyyətindədir. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Fransanın “Monde” nəşrinə Aİ-dəki adı çəkilməyən mənbələr məlumat verib.

 

Nəşrin məlumatına görə, bu məsələnin Aİ-nin 17-18 dekabr tarixlərində keçiriləcək sammitin gündəliyinə daxil edilməsi nəzərdə tutulmuşdu, lakin dekabrın 14-nə planlaşdırılan Aİ-nin nazirləri səviyyəsində toplantısında müzakirəyə çıxarılacaq.     

 

“Həftənin sonunadək Brüsseldə keçiriləcək hazırlıq toplantısında 28 ölkənin səfirləri son detalları razılaşdıracaqlar”, deyə nəşr  qeyd edir. Məlumata görə, bu “texniki” görüşdə böyük diskussiyaların keçiriləcəyi gözlənilmir: “Sanksiyaların uzadılmasına dair konsensus artıq əldə olunub. Məsələ ilə bağlı qərar artıq 15-16 noyabr tarixlərində Antalyada keçirilmiş “G-20” sammiti çərçivəsində ABŞ və Aİ-nin aparıcı dövlətləri tərəfindən razılaşdırılıb”, deyə nəşr vurğulayır.      


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224467

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR