Gəncədə bıçaqlanma

Gəncədə bıçaqlanma
02:39 9 Dekabr 2015
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Faiq Sadıqov sol sarğı nahiyəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

O dərhal əməliyyat edilib, vəziyyəti orta ağır qiymətləndirilir. F. Sadıqovu bıçaqlanmış vəziyyətdə  təcili tibbi yardım avtomobili şəhərin Heydər Əliyev prospektində yolun kənarından gətirib.

 

Cinayətin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224468

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR