"Trampın bəyanatı ABŞ-ın təhlükəsizliyinə zərbədir" (VİDEO)

"Trampın bəyanatı ABŞ-ın təhlükəsizliyinə zərbədir" (VİDEO)
02:41 9 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarında (ABŞ) prezidentliyə namizəd Donald Trampın məlum bəyanatları isə dünya mətbuatının gündəmindədir. Siyasi şəhrçİ Elnur Soltanov isə bütün bunlara aydınlıq gətirib.

- Siz Amerikada olmusuz və uzun müddət orada təhsil almısınız. Ümumiyyətlə Amerikada müsəlmanlar çoxdur və insanlar da müsəlmanlara hörmətlə yanaşır. Siz necə düşünürsüz Tramp İslamla İŞİD-i eyniləşdirirmi, Trampın müsəlmanlara qarşı sərt çıxışları nə ilə əlaqədrdır?

– Amerikadakı seçkilərdə əsas iki partiya iştirak edir. Bu partiyalar arasında seçkilər 2016-cı ilin noyabrında baş tutacaq. Fevraldan etibarən partiyalar daxildən öz namizədlərini seçməyə çalışırlar. Məhz Tramp da Respublikaçılar Partiyası tərəfindən irəli sürülən10 namizəddən biridir. Son aylarada Trampın reytinqi yüksək idi. Amma son günlər isə Trampın Ayova ştatında reytinqi aşağı düşməyə başladı. Ayova ştatı nəyə görə əhəmiyyətlidir? Çünki partiya daxilindəki seçkilər birinci növbədə bu ştatda keçiriləcək. Psixoloji olaraq nəticələr bütün seçki prosesinə təsir edə bilər. Qeyd edim ki, Ayova ştatının əhalisi əsasən ağ dərili fermerlərdir. Anti-isalm duyğuları daha çox ağ dərili və ali təhsil almamış amerikalılar arasında yayğındır. Ona görə də Tramp Ayova ştatında reytinqini yüksəltmək üçün bundan istifadə edir ki, bundan sonrakı seçkilərdə də uğur əldə edə bilsin.

- Siz necə düşünürsüz, insanalar Trampın sözlərini nə qədər ciddi qəbul edir?

– Hesab edirəm ki, respublikaçıların 30-40 faizi Trampı dəstəkləyir. Amma partiyanın namizədlərinin heç biri onu dəstəkləmədi. Biri xarıc qalan bütün namizədlərin hər biri Trampın bu davranışını pislədi. Çünki, mətiqi baxımında Trampın dediklərini hər hansı bir şəkildə həyata keçməsi ehtimalı yoxdur. Sadəcə olaraq bu çıxışlar Amerikanın təhlükəsizliyinə bir az da olsa, xələl gətirmiş oldu. Nə mənada? Çünki, məhz İŞİD-i Amerika haqqında çəkməyə çalışdığı portretə əsas vermiş olur. Məhz Trampın bu çıxışını kütlənin böyük bir qismi etirazla qarşıladı.

- Trampın seçilmə şansı nə qədərdi və seçilərsə, o zaman Amerikada yaşaya müsəlmanları nə gözləyir?

– Əslində Trampın ortaya çıxması mediada çox ayıb bir hadisə kimi qarşılanmaqdadır. Corc Buşu bəlkə də bağışlamaq olardı amerikalılara. Amma Tramp kimi populis və mənasız bir insanın nə müddətdir ki, partiya namizədləri içərisində birinci yerdə qərarlaşması dəhşətli bir hadisə olaraq qiymətləndirilir. Bu şəkildə popilis və mənasız çıxışlar ilk mərhələdə insana uğur gətirsə də, bu sonradan gözlənilən nəticəni vermir.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366802

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR