"Air France" İrana sərnişin aviareyslərini bərpa edəcək

"Air France" İrana sərnişin aviareyslərini bərpa edəcək
02:52 9 Dekabr 2015
27 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 dekabr. REPORT.AZ/ 2016-cı ilin aprelindən başlayaraq Fransanın "Air France" aviaşirkəti İranla birbaşa sərnişin reyslərini bərpa edəcək.
"Report"un verdiyi xəbərə görə, "Air France"ın bəyanatında qeyd edilir ki, Parisdən Tehrana nəzərdə tutulan aviareyslər həftədə üç dəfə paytaxtın Şarl de Qoll hava limanından həyata keçiriləcək.
Qeyd edək ki, Fransa ilə İran arasında aviareyslər İranın nüvə silahı istehsal etdiyinə dair yaranmış şübhələrdən sonra İslam Respublikasına qarşı qəbul edilən beynəlxalq sanksiyalar fonunda iqtisadi səbəblərdən 2008-cı ildə dayandırılmışdı. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/air-france-i-rana-sernisin-aviareyslerini-berpa-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR