Almaniyaya bu il 1 milyondan çox qaçqın gəlib

Almaniyaya bu il 1 milyondan çox qaçqın gəlib
02:59 9 Dekabr 2015
24 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyada 2015-ci ildə qeydiyyata alınmış qaçqınların sayı bir milyonu keçib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə  Münhendə Bavariya federal torpağın sosial işlər naziri Emiliya Müller bildirib.

 

“Biz təcili olaraq qaçqınların qəbuluna limit qoymalıyıq, çünki bu cür qaçqın axını ilə Almaniya uzunmüddətli perspektivdə bacarmayacaq”, deyə nazir qeyd edib. Onun sözlərinə görə, tək noyabr ayı ərzində ölkədə əksəriyyəti Suriya və Əfqanıstan vətəndaşları olmaqla 200 min qaçqın yerləşdirilib.  

 

Müqayisə üçün, 2014-cü ildə Almaniyada 238 676 qaçqın qeydiyyata götürülüb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224470

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR