ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirdi

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirdi
05:59 9 Dekabr 2015
26 Dünya
Ölkə mətbuatı
A- A+

 ABŞ siyahıya 2 təşkilat və 6 fiziki şəxsi əlavə edərək Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.

 

Məlumata görə, sanksiya siyahısına həmçinin 2014-cü ildə ballistik raketlərdən buraxılış həyata keçirdiyinə görə KXDR ordusunun Strateji raket qüvvələri daxil edilib.  Sanksiyalar siyahısında 3 gəmiqayırma zavodu da var.

 

Sanksiya siyahısına əlavə edilmiş fiziki şəxslər arasında Şimali Koreyanın Xarici Ticarət Bankının Xabarovskdakı nümayəndəsi Kim Ken Nam və “Tanchon Commercial Bank”ın 5 əməkdaşıdır.

 

ABŞ iddia edir ki, qeyd olunan şirkətlər  və fiziki şəxslər Şimali Koreyaya beynəlxalq sanksiyalardan yan keçmək və dünya maliyyə sisteminə girməyə yardım edirmişlər.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224476

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR