Qarabaşaq və göbələk içlikli toyuq döşü - FOTO

Qarabaşaq və göbələk içlikli toyuq döşü - FOTO
07:05 9 Dekabr 2015
49 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az qarabaşaq və göbələk içlikli toyuq döşünün hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

4 toyuq filesi
1 st. qarabaşaq yarması (qreçka)
2 st. su
500 q şampinyon 
1 baş soğan 
500 ml 22%-li qaymaq 
2 x.q. bitki yağı
1 x.q. kərə yağı
duz
qara istiot 

Qarabaşağı axar soyuq su ilə yuyun. 

Tavaya 2 st. su tökün, qaynara düşəndə duz və qarabaşaq yarması əlavə edin. Qaynamağa başlayanda ocağı azaldın, tavaın qapağını qoyub suyu tam çəkilincə bişirin. 

İri tavada bitki  və kərə yağlarını qızdırın, xırda doğranmış soğanı töküb qızılı rəng alanadək qovurun. Fal-fal doğranmış göbələyi əlavə edib qovurun, göbələyin suyu çəkilənəcən bişirin. Duz, istiot vurun. 

Qarabaşağı göbələyin az bir hissəsi ilə qarışdırın. 

Filenin ortasında iti bıçağın köməyi ilə kəsiklər edin (dibinədək kəsməyin), qayıq kimi yer açın. Ətin hər tərəfinə duz-istiot qarışığı çəkin. İçinə qarabaşaqla qarışdırılmış göbələk qoyun, kəsib çıxardığınız "qapağı" üstünə yerləşdirin. 

Adi, yaxud qril-tavada iki x.q. bitki yağını qızdırın, filelərin hər iki üzünü qızılı rəng alanadək qovurun. 

Tavadakı qalan göbələyi ocağın üstə qoyub, üzərinə qaymaq tökün, qaynara düşəndə duz-istiot qatın. Qızartdığınız toyuq filelərini içinə yerləşdirib qapağını örtün, 10 dəqiqə bişirin. 

Nuş olsun! 

Milli.Az 






Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/388461.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR