Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılmasının vacibliyindən danışıb.
Milli.Az "Report"a istinadən bildirir ki, dekabrın 8-də Ankarada kənd administrasiyaları rəhbərləri qarşısında çıxış edən Ərdoğan deyib: "Biz Suriyanın şimalında terrorçulardan azad təhlükəsizlik zonasının yaradılması istəyimizdən dönməyəcəyik və Suriya müxalifətinin təlim və təchizat proqramını davam etdirməkdə israrlıyıq".
Türkiyə Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması təklifi ilə bundan öncə də çıxış etmişdi. Lakin ABŞ və NATO bu təşəbbüsü dəstəkləmədilər.
Milli.Az