“Biz bu gün dənizə sakit baxa bilmirik”. - VİDEO

“Biz bu gün dənizə sakit baxa bilmirik”. - VİDEO
07:42 9 Dekabr 2015
65 Digər
Ölkə mətbuatı
A- A+

"Günəşli" platformasında baş vermiş dəhşətli hadisə zamanı itkin düşənlərin xatirəsi bu gün Astarada da anılıb. Anım mərasimi dənizkənarı park bulvarda keçirilib.

Milli.Az anspress-ə istinadən bildirir ki, Tural Babazadə Astara rayonunun Kakalos kəndində anadan olmuşdu.

Anasını erkən itirən Turalın və itkin düşən digər soydaşlarımıızn xatirəsi bu gün Astarada ellikcə anıldı. Anım mərasiminin park bulvarda keçirilməsi isə rəmzi məna daşıyırdı.

"Biz bu gün dənizə sakit baxa bilmirik. Çünki o övladlar ki, bu gün dənizdə tapılmayıb, bunlar bizi çox kədərləndirir. Mənim övladım da dənizdə işləyir. Hər bir ölən və itkin ailələrə dərin hüznlə başsağlığı verirəm. Bir daha belə bəlalara düçar olmayaq", - deyə Astara sakini Qızbəs Məmmədova bildirib.

"İnşallah, itkin düşmüşlər tezliklə tapılar, ailələrinə verilər. Bir möcüzə istəyirəm olsun. Ürəyimdən elə hisslər keçir ki, başa salmaq mümkün deyil",- deyə Astara sakini Aysel Əhmədova qeyd edib.

Yüzlərlə astaralının qatıldığı bu mərasimdə dənizə atılan qan rəngli qərənfillər itkin düşənlərin xatirəsinə ağı, yad edənlərin ruhuna isə bir təsəlli idi. 

Bu ağrını çəkməkdə Allah hamımıza səbr versin.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388782.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR