"Türk Axını" bərpa oluna bilər

"Türk Axını" bərpa oluna bilər
07:57 9 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

"İndi heç kim "Türk Axını" təbii qaz kəməri layihəsinin gələcəyi barədə suala cavab verə bilmir. Ümid edirəm ki, ağıllı məntiq qalib gələcək".

Milli.Az anspress-ə istinadən bildirir ki, bu sözləri Rusiyanın "Qazprom" şirkətinin İdarə Heyətinin sədr müavini Valeri Qolubev bildirib.

Dekabrın 3-də Rusiyanın energetika naziri Aleksandr Novak bildirmişdi ki, boru kəmərinin tikintisi və hökümətlərarası danışıqlar dayandırılır. 

Amma Aleksandr Novak layihənin tamamilə ləğv edilməsi ilə bağlı heç nə deməmişdi. 

Dekabrın 6-da isə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, "Türk Axını" tələblərimizə uyğun olmadığı üçün biz ləğv etmişik. 

"Son günlər "Türk Axını" layihəsinin Rusiya tərəfindən ləğv edildiyi ilə bağlı xəbərlər yayılıb. Bu yalanlara inanmayın. Biz sanksiyaların dili ilə deyil, diplomatiyanın vasitəsi ilə problemləri həll etməliyik. Sanksiyaların tətbiqi hər iki ölkə üçün zərərlə nəticələnəcək", - Ərdoğan bildirib.

Ölkələr arasında gərginliyə səbəb isə Rusiyanın Türkiyə sərhədlərini pozması olub. Türkiyə ərazilərinə daxil olan Rusiya qırıcısını vurub. Hadisə Suriya - Türkiyə sərhədində baş verib. 

Qırıcının vurulması ölkələr arasında münasibətlərin pisləşməsi ilə nəticələndi. Türkiyə soyuqqanlı davransa da, Rusiya qırıcının qısasını almaq üçün sanksiyalara əl atdı. Rusiya Türkiyəyə kənd təsərrüfatı məhsullarının ixracını dayandırıb. Türkiyədən gələn yük maşınlarını ölkəyə buraxmır. 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388787.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR