ExpressPay üçün “Qaynar xətt” xidməti yaradılıb

08:08 9 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
ExpressPay ödəniş terminalları üzrə müştəri xidmətini artırmaq məqsədilə “Qaynar xətt” xidməti yaradılıb.
“Expressbank”dan AZƏRTAC-a verilən məlumata görə, artıq müştərilər 24 saat ərzində istənilən təklif, şikayət və ya texniki nasazlıq barədə (055) 5000 132 nömrəsinə zəng vura və ya WhatsApp vasitəsilə mesaj yaza bilərlər.
Hazırda ödəniş terminallarında “Expressbank”a aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), EmbaFinans (Embawood və Madeyra mebelləri) bank olmayan kredit təşkilatının ödəmələri, Nikoil Bank, PAŞA Sığorta, Bakı taksi, mobil operatorlar, kommunal-rabitə ödənişləri (Aztelekom – BTRİB), kabel TV, internet provayderlər, onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.
Qeyd edək ki, 2014-cü ilin may ayından etibarən fəaliyyət göstərən terminallara yaxın aylarda bir sıra yeni ödəniş vasitələri və şirkətlər əlavə olunacaq.
Bank xidmətləri barədə ətraflı məlumatı132 məlumat mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi facebook səhifəsindən www.facebook.com/Expressbank əldə etmək olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ExpressPay_uchun_Qaynar_xett_xidmeti_yaradilib-909515

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR