Putin: "Rusiyanın Türkiyəyə münasibəti dəyişməyəcək"

Putin: "Rusiyanın Türkiyəyə münasibəti dəyişməyəcək"
08:42 9 Dekabr 2015
57 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Hərbi-Hava Qüvvələri tərəfindən vurulan "SU-24" təyyarəsinin "qara qutusun"dan müəyyən ediləcək məlumatlardan asılı olmayaraq, Rusiyanın Türkiyəyə münasibəti dəyişməz qalacaq. 

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşündə bildirib. Onun sözlərinə görə,  "qara qutu"nun "oxununlması" prosedurunda iştirak etmək istəyənlərin hamısını dəvət etmək lazımdır.      
 
"Bu başdan qeyd etmək istərdim ki,  müəyyən ediləcək məlumatlardan asılı olmayaraq, bizim Türkiyə hakimiyyətinin törətdiyi əmələ münasibətimiz dəyişməyəcək. Bir daha demək istəyirəm ki, biz Türkiyəyə yalnız dost ölkə deyil, terrorla mübarizədə müttəfiq sayırdıq və heç kim alçaqcasına və xaincəsinə kürəyə vurulan bu cür zərbəni gözləmirdi", deyə Putin qeyd edib.   
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR