​İmişlidə qanunsuz ov edən şəxslər saxlanılıb

09:17 9 Dekabr 2015
32 Sosial
Ölkə mətbuatı
A- A+

Belə ki, rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində İmişli sakinləri Zəkəriyyə Nadir oğlu Mirzəyev, Murtuz Maşdı oğlu Əliyev şübhəli şəxs qismində saxlanılıb. Baxış zamanı hər iki şəxsdən ov tüfəngi, patronlar, 6 ədəd ovlanmış quş, onların içərisində ovu qadağan edilən Sultan toyuğu quşu da aşkar edilərək götürülüb.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/i-mislide-qanunsuz-ov-eden-sexsler-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR