Neft şirkətindən bədbin proqnoz

Neft şirkətindən bədbin proqnoz
09:22 9 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Neftin qiyməti yaxın və ortamüddətli perspektivdə aşağı səviyyədə qalacaq. Buna səbəb bazarda təklif bolluğu və dünya iqtisadiyyatının zəif inkişaf etməsidir. APA-nın "TASS"a istinadən verdiyi xəbərə görə, bu fikri ötən gün Əlcəzairdə  "Shell" neft-qaz şirkətinin Yaxın Şərq və Şimali Afrika bölgələri üzrə vitse-prezidenti Munir Buaziz Şimali  Afrikada neft-qaz sahələrinin inkişafı məsələlərinə həsr olunmuş 10-cu konfransda çıxışı zamanı bildirib.   

"Biz neftin qiymətinin uzun müddət aşağı səviyyədə olacağını proqnozlaşdırırıq", - deyə Buaziz bildirib.  Onun sözlərinə görə, dünya iqtisadiyyatının artım templərinin proqnozlaşdırılan  səviyyədən aşağı olması və bazarda neftin bolluğu dünya bazarında neftin qiymətinin aşağı düşməsinə səbəb olan əsas faktorlardır.   
 
Bununla belə,  "Shell"in vitse-prezidenti qiymətin qalxmasına səbəb ola biləcək dünyada "qara qızıl"a olan tələbatın artmasına tendensiyaların yarana biləcəyinə dair proqnozların da olduğunu qeyd edib.
 
Buaziz  neftin bahalaşmasına dair proqnoz verməyin mümkünsüz olduğunu da qeyd edib.   

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/388799.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR