Tolik: "Mənə çox təkliflər olub"

Tolik: "Mənə çox təkliflər olub"
09:22 9 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

Məncə, kim hansı işi bacarırsa, onda da qalmalıdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış prodüser Tarix Əliyev ona gələn aparıcılıq təkliflərini qəbul etməməsi ilə bağlı danışarkən deyib.  Prodüser təkliflər gəlsə də, bu haqda düşünmədiyini bildirib:
 
"Bir dəfə radiodan təklif gəlmişdi ki, orada DJ olum. Bu təklifi çox düşünsəm də, qəbul etmədim. Çünki hər kəs öz işində daha yaxşıdır. Necə ki, diş həkimi qəssablıq, qəssab da diş həkimliyi edə bilməz - bu da elədir. Mənə kanalların birindən də hazırda başqa birinin apardığı verilişin aparıcısı olmaq təklifi gəldi, qəbul etmədim. Çünki mən artıq özümü sübut etmişəm və başqa işə ehtiyac olmadığını düşünürəm. Amma aparıcılıq edənlərə də pis baxmıram. Bu onlarda alınırsa, niyə də etməsinlər?"

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/388794.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR