Prezident İlham Əliyev Çinin Sian şəhərindəki Terrakota Ordusu Muzeyi ilə tanış olub

09:38 9 Dekabr 2015
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 9-da Sian şəhərindəki Terrakota Ordusu (yeraltı heykəllər ordusu) Muzeyi ilə tanış olub.

Trend-in məlumatına görə, Sian şəhəri Çinin mərkəzində yerləşən Şaansi əyalətinə mənsubdur. Qədim İpək Yolunun üzərində yerləşən bu əyalət zəngin tarixi və mədəniyyəti ilə diqqəti cəlb edir. Bu əyalət Çinin dörd qədim paytaxtından biridir.

Dövlətimizin başçısına əvvəlcə muzeyin yerləşdiyi ərazinin planı barədə məlumat verilib.

Diqqətə çatdırılıb ki, yeraltı heykəllər ordusu 1974-cü ildə kəşf edilib və dünya tarixinin ən önəmli arxeoloji tapıntılarından hesab olunur. 1977-1985-ci illərdə burada iki dəfə arxeoloji qazıntı işləri aparılıb. Tədqiqatlar nəticəsində boyları 1.83 və 1.93 santimetr arasında dəyişən heykəl əsgərlər aşkarlanıb. Heykəllərin özəlliyi onların hər birinin üz ifadəsinin və geyimlərinin fərqli olmasıdır. Lakin tapılan heykəllər torpaqdan çıxarılandan sonra üzlərindəki boyalar pozulduğuna və təbii rənglərini dəyişdiyinə görə arxeoloqlar qazıntı işlərini yarımçıq qoymağa məcbur olublar. Çinlilər tərəfindən dünyanın səkkizinci möcüzəsi kimi qəbul edilən terrokota əsgərləri ilə bağlı qazıntı işləri texnikanın və elmin inkişafı nəticəsində 2009-cu ildə yenidən bərpa olunub. Qazıntı aparılan ərazidən indiyədək təxminən iki min əsgər heykəli tapılıb. Ərazidə 520 atla 8 min əsgərin, 130 döyüş arabasının, 150 suvari atın olduğu təxmin edilir. Onlar 600-ə yaxın yeraltı çuxurda toplanıb. Çin imperatoru Sin Şi Huangın məzarı da buradadır. Əfsanəyə görə, terrakota ordusu imperator Sin Şi Huangın məzarını qoruyurmuş.

Məlumat verilib ki, 1987-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən terrakota ordusu üç ayrı çuxurda dəfn edilib və çuxurlardan ən böyüyü əsasən piyada əsgərlərin heykəllərindən ibarətdir. Müxtəlif hərbi rütbələri daşıyan hərbçilər dövrün ən qabaqcıl döyüş nizamına və strategiyasına uyğun şəkildə, döyüş meydanında hazır mövqedə basdırılıblar. Çuxurların birində imperatorun mərasim batalyonu öz nizamı düzülüşü ilə diqqəti cəlb edir. Əsgərlərin yanında o dövrə aid təxminən 10 min bürünc silah da var.

Bu muzey Çin tarixini, həmçinin o dövrə məxsus texnologiya, incəsənət və mədəniyyəti öyrənmək və tədqiq etmək üçün əvəzsiz mənbədir. Lakin araşdırmalar hələ də terrakota ordusunun sirrini açmağa kömək etməyib. Qədim məxəzlərdə yazılıb ki, imperator Sin Şi Huang dövrünün görkəmli dövlət xadimi olaraq Çin ərazilərini vahid dövlətdə birləşdirən lider kimi tarixə düşüb. Bəzi mənbələr Çin səddinin inşasına başlanmasının da onun adı ilə bağlı olduğunu bildirir. Tarixçi Si Maqian isə yazır ki, bu məzarın inşası 30 il davam edib və tikintidə 700 min insan işləyib.

İmperatorun ordunu dəfn etdirmək üçün niyə Sian ərazisini seçməsinin də maraqlı tarixçəsi var. Tarixçilər hesab edirlər ki, imperator Li Şan adlı dağı o dövrün məşhur fəlsəfəsi ilə əlaqələndirib. Məhz buna görə özünün də burada dəfn olunmasını əmr edib. İmperatorun məzarı yerin 36 metr dərinliyindədir və o, inanırdı ki, daş heykəllərdən ibarət terrakota ordusu onu öldükdən sonra da qoruyacaq.

Prezident İlham Əliyev terrakota ordusunda təmsil olunan və müxtəlif rütbələrdə olan hərbçilərin heykəllərinə də baxıb.

Dövlətimizin başçısına qazıntı işləri zamanı ərazidən tapılan bürünc silah nümunələri barədə məlumat verilib.

Qeyd edək ki, il ərzində bu muzeyə dünyanın müxtəlif yerlərindən minlərlə turist gəlir. Onlar dünya tarixinin və mədəniyyətinin bu əvəzolunmaz incisi ilə tanış olmaq, onu öz gözləri ilə görmək istəyirlər.

Sonra xatirə şəkli çəkdirilib.

Prezident İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

“ABŞ və Türkiyə hər zamankından daha yaxındır”

22 Sentyabr 2017 10:16

ABŞ Bərzaniyə dəstək məqsədilə ordu göndərdi

22 Sentyabr 2017 10:13

"Bunlar elə bilirlər ki, bambılılıq etməklə..."

22 Sentyabr 2017 10:13

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxsin cəzası azaldılıb

22 Sentyabr 2017 10:07

“Bank VTB (Azerbaijan)” tender keçirir

22 Sentyabr 2017 10:07

Dünya birjalarında neftin

22 Sentyabr 2017 10:07

AST Telmanın otelində işçilər maaş ala bilmir - QALMAQAL

22 Sentyabr 2017 10:04

Türkiyənin ən gözəl qızı seçildi – FOTO

22 Sentyabr 2017 10:03

Tailanda partlayış törədilib: 4 hərbçi ölüb, 6 nəfər yaralanıb

22 Sentyabr 2017 10:02

"Qarabağ"- "Roma" matçına

22 Sentyabr 2017 09:59

Fatih Terim Türkiyə Futbol Federasiyasından 3,5 milyon avro təzminat istəyir

22 Sentyabr 2017 09:57

"Qarabağ"a qol vuran futbolçu qəzaya düşdü

22 Sentyabr 2017 09:57

Bakıda yataqxana yanır

22 Sentyabr 2017 09:55

Azərbaycanlı məşhur rusiyalı müğənni ilə şərik olur

22 Sentyabr 2017 09:53

Dirsəklərinizə limon sürtün

22 Sentyabr 2017 09:52

Hakkaridə silahlı qarşıdurma: ölən və yaralananlar var

22 Sentyabr 2017 09:48

Gürcüstandan gələn şəxsin avtomobilində pirotexniki vasitə və fişənglər aşkar edilib

22 Sentyabr 2017 09:47

Çexiya millisinin futbolçusu zədə üzündən Azərbaycan yığmasına və "Qarabağ"a qarşı oynaya bilməyəcək

22 Sentyabr 2017 09:47

SOCAR 7 ayda Gürcüstana 730 mln. kubmetr qaz nəql edib

22 Sentyabr 2017 09:47

ABŞ və Rusiya generalları bir araya gəldi - İLK DƏFƏ

22 Sentyabr 2017 09:43

Azərbaycan nefti yenidən

22 Sentyabr 2017 09:43

Astanadan Bakıya gələn sərnişinin çantasında "beşbarmaq" aşkar olunub

22 Sentyabr 2017 09:42

Məşhur müğənninin özündən 20 yaş kiçik sevgilisi hamilədir - FOTO

22 Sentyabr 2017 09:38

İran-İraq müharibəsinin başladığı gündür

22 Sentyabr 2017 09:38

Düşmən cəbhədə atəşkəsi 128 dəfə pozub

22 Sentyabr 2017 09:36

Düşmən atəşkəsi 100 dəfədən çox pozub

22 Sentyabr 2017 09:34

Azərbaycan nefti cüzi bahalaşıb

22 Sentyabr 2017 09:32

Qızılın son

22 Sentyabr 2017 09:30

Nazirlik ötən gecə cəbhədə baş verənlərlə bağlı məlumat yaydı

22 Sentyabr 2017 09:28

VALYUTA MƏZƏNNƏLƏRİ

22 Sentyabr 2017 09:28

Ermənilər atəşkəs rejimini 128 dəfə pozub

22 Sentyabr 2017 09:27

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (22.09.2017)

22 Sentyabr 2017 09:27

Arda Turanın qışdan sonra oynayacağı klub: razılıq verildi

22 Sentyabr 2017 09:27

"Qarabağ"-"Roma" oyununa neçə min bilet satılıb? - RƏSMİ

22 Sentyabr 2017 09:19

"Brent"in qiyməti 56 dolları keçdi

22 Sentyabr 2017 09:18

Mübariz Qurbanlı Türkiyədə səfərdə olacaq

22 Sentyabr 2017 09:17

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (22.09.2017)

22 Sentyabr 2017 09:17

Neymar gecəni bu gözəllə keçirib - FOTOLAR

22 Sentyabr 2017 09:17

Günün məzənnəsi

22 Sentyabr 2017 09:17

Bakıda Avropa çempionatı başlayır

22 Sentyabr 2017 09:13

Azərbaycanda məşhur milyarderin şirkəti ləğv olunur

22 Sentyabr 2017 09:09

Pxenyan Trampı hidrogen bombasıyla hədələdi

22 Sentyabr 2017 09:08

"Aznar" ləğv olunur

22 Sentyabr 2017 09:08

Bakı Slavyan Universitetinin rektoru I kurslarla görüşdü

22 Sentyabr 2017 09:01

Rumıniya prezidenti Ukraynaya səfərini təxirə salıb

22 Sentyabr 2017 08:32

Yeni tüklü qarın şəklində çantalar istehsal olundu - FOTOLAR

22 Sentyabr 2017 08:18

Məhərrəm ayı başladı

22 Sentyabr 2017 08:14

Bu gün qadın voleybolçular arasında Avropa çempionatına start veriləcək

22 Sentyabr 2017 08:12

Avstriyada üzünü örtən şəxslər cəzalandırılacaq

22 Sentyabr 2017 08:09

Tramp və Ərdoğandan Kürd Muxtariyyətinə xəbərdarlıq

22 Sentyabr 2017 08:04