Məşhur aktyor 1.5 milyon dollara razılaşdı (FOTO)

Məşhur aktyor 1.5 milyon dollara razılaşdı (FOTO)
09:41 9 Dekabr 2015
144 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur aktyoru Burak Özçivit 1.5 milyon dollarlıq reklam müqaviləsi ilə anlaşıb.

ANS PRESS-in məlumatına görə, Azərbaycanda da böyük izləyici kütləsi olan "Qara Sevda" serialının qəhramanı Burak Özçivit şərqin ən iri banklardan biri hesab olunan Milli Dubay Bankının 1,5 milyon dollarlıq təklifini qəbul edib.

Burak Özçivit sənədləri imzalamaq üçün bir neçə gündən sonra Dubaya gedəcəyi deyilir.

Özçivit 1 illik müqavilə bağlayacaq. Reklam çarxının bütün ərəb dünyasında yayımlanacağı gözlənilir.


"Qara Sevda" serialından foto

Aktyor və model Burak Özçivit “Möhtəşəm yüzyıl”" və “Çalıquşu” serialından sonra məşhurlaşıb. 2003-cü ildə Türkiyənin ən yaxşı modeli seçilib. 2005-ci ildə dünyanın ən yaxşı model müsabiqəsində 2-ci yerə sahib olub.


Burak Özçivitin "Möhtəşəm 100 il" serialından foto

B.Özçivit sevgilisi Fahriyya Evcen ilə Bakıya da gəlib. Cütlük filmlərinin təqdimat mərasiminə qatılıblar.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=366770

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR