Bakının sürüşmə sahələri aktivləşdi (VİDEO)

Bakının sürüşmə sahələri aktivləşdi (VİDEO)
09:56 9 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

Payız fəslinin son ayında sürüşmə sahələrində aktivləşmə müşahidə olunub. Bəzi yaşayış evlərinin divarlarında çatlar əmələ gəlib. Bu siyahıya görə aktivlik daha çox Zığın ərazisində qeydə alınıb.

ANS TV-nin məlumatına görə, noyabr ayı ərzində aparılan monitorinqlər zamanı sürüşmə sahələrində aktivləşmə müşahidə olunub.

Baş geoloq Ələmdar Piriyev bildirdi ki, noyabrda Lənkəran-Lerik yolunun 17-19 kilometrliyindəki sürüşmə sahəsində uçqun prosesinin daha geniş ərazini əhatə etməsi müşahidə edilib. Həmçinin Quba-Xınalıq avtomobil yolunun 37-46-cı kilometrliyindəki sürüşmə sahəsində də nisbi hərəkət müşahidə olunub. Eyni zamanda, Quba-Qonaqkənd avtomobil yolunun 37-40-cı kilometrliyində müşahidələrin nəticəsinə görə nisbi aktivləşmə müşahidə olunub:

“Yağışın intensiv olaraq yağması nəticəsində bizim əməkdaşları sürüşmənin parametrlərini belə götürə bilməyiblər”.

Baş geoloq onu da bildirib ki, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində sürüşmə sahəsinin bir neçə yerində uçqun-töküntü hadisəsi baş verib.

Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyində də sürüşmə prosesi aktivləşib, nəticədə uçqun-töküntü hadisəsi qeydə alınıb.

Muğanlı sürüşmə sahəsində də çatların ölçülərinin qismən genişlənməsi qeydə alınıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=366804

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR