Onlar heç vaxt adam olmayıb və olmayacaq da...

Onlar heç vaxt adam olmayıb və olmayacaq da...
10:12 9 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Son günlər cəbhənin ayrı-ayrı istiqamətlərində baş verən hadisələr və qarşı tərəfin verdikləri itkilər onu deməyə əsas verir ki, bu ermənilər heç vaxt adam olmayıb və olmayacaq da.

Bunu Milli.Az-a açıqlamasında son günlər cəbhədə Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında yaranmış gərginliyi şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib.

Ekspertin fikrincə, əksinə olsaydı, onlar hər dəfə havadarları vasitəsi ilə törətdikləri təxribatlarda verdikləri itkilərə görə ağıllarını başlarına yığardılar:
 

"Gördüyünüz kimi, bu baş vermir və çox çətin ki, yaxın vaxtlarda nə isə dəyişsin. Sözsüz ki, son vaxtlar regionda Rusiya-Türkiyə münasibətlərində olan gərginliklər də özünü açıq şəkildə büruzə verir. Çox üzücüdür ki, düşmən itkiləri ilə bərabər, bizim də şəhid və vaxtsız dünyasını dəyişən hərbçi və hətta mülki vətəndaşlarımız var. Azərbaycan ordusunun zərbələri sırf cavab xarakteri daşıyır və düşməndən fərqli olaraq biz bunu heç gizlətmirik. Hələ üstəlik videogörüntülər də deyilənləri təsdiq edir".

Ü.Cəfərov hesab edir ki, vəziyyətin gərginləşməsində bir az da siyasi çalarlar mövcuddur: "ATƏT-in bivec Minsk qrupunun idarə olunan Ermənistan rəhbərliyi ilə çox cənfəşanlıqla təşkil etməyə çalışdığı iki ölkə prezidentlərinin görüşünün də burada təsiri görünür. Onlar çalışırlar ki, ortada gərginlik olsun və bunlar guya iş görürlər görüntüsü yaratmaq üçün Azərbaycan və işğalçı Ermənistanın prezidentləri bir masa arxasında otursunlar. Onu da unutmayaq ki, dekabrın 6-da bədnam qonşularımızın keçirtdikləri konstitusiya referendumunun da buna təsiri var. Çünki buna qarşı çıxış edən narazı qüvvələr ölkədə etiraz aksiyası təşkil ediblər və diqqəti daxili problemlərdən yayındırmaq üçün bu alçaqlığa da əl atırlar".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/karabah/388825.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR