Gələn həftə ​Səudiyyə Ərəbistanı-Azərbaycan biznes forumu keçiriləcək

10:17 9 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Forumda iştirak etmək üçün Azərbaycanın biznes nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri planlaşdırılır. Biznes forumda hər iki ölkədən rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərdə tutulur.
"Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə özlərinə yeni tərəfdaşlar tapmaq və işgüzar əlaqələr qurmaq imkanı əldə edəcəklər. Sahibkarlar Azərbaycan nümayəndə heyətinin tərkibində qeyd olunan səfərdə iştiraka dəvət edilir", - deyə Azpromo-da qeyd ediblər. 
Tədbirlə bağlı əlavə məlumat almaq, eyni zamanda vaxt məhdudluğunu nəzərə alaraq, forumda şirkətini təmsil edəcək şəxsin adını, soyadını və vəzifəsini qısa müddət ərzində telefon və ya e-mail vasitəsilə (tel.: 012 5980147/48, daxili:108,119,123, e-mail:vmirzayev@azpromo.az;) göndərmək lazımdır.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/gelen-hefte-seudiyye-erebistani-azerbaycan-biznes-forumu-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR