Finlandiya çalxalanır: "Rədd olun, miqrantlar!" - FOTO

Finlandiya çalxalanır: "Rədd olun, miqrantlar!" - FOTO
10:22 9 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Finlandiyadakı Kempele və Yuvyaskyulya şəhərlərində etiraz aksiyaları artıq neçə gündür ki, davam edir.

Milli.Az Yule-yə istinadən bildirir ki, Kempeledə mitinqlər keçirilir.

Səbəb Əfqanıstandan qaçmış 17 yaşlı miqrantın 14 yaşlı məktəbli qızı zorlamasıdır.

Aksiya iştirakçıları miqrantlar və qaçqınlar üçün mərkəzin qarşısına toplaşaraq "Rədd olsun miqrantlar!", "Finlandiya finlər üçün!" qışqırıblar. Daha sonra onlar Kempele şəhərinin mərkəzi küçələrində yürüş ediblər.

Kempele paytaxt Helsinkidən 530 km aralıda, Oulu bölgəsindədir.

Yuvyaskyulya şəhərindəki aksiya zamanı yerli sakinlər miqrantların ölkədən çıxarılmasını, Finlandiyanın sərhədlərinin miqrantlar üçün bağlanmasını tələb edirlər.

Finlandiya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 23-də Kempele şəhərində 14 yaşlı məktəbli qıza təcavüz olunub.

Cinayətdə şübhəli bilinən 15 və 17 yaşlı əfqanlar tutulublar. Onlar Əfqanıstandan olan miqrantlardır.

Finlandiyanın cənub-qərbindəki Raysion şəhərində də miqrantlar 14 yaşlı məktəblini zorlayıblar. Şübhəli şəxs qismində tutulan adam 19 yaşlı iraqlı miqrantdır.

İlin əvvəlindən bəri Finlandiyada 30 min miqrant sığınacaq istəyib. Bu rəqəm ötənilki göstəricilərlə müqayisədə 10 dəfə çoxdur.

... Kempele şəhərindən 15 km şimalda, Vallinkorvadakı miqrasiya mərkəzini polis mühasirəyə alıb. Məqsəd yerli sakinlərlə miqrantlar arasında toqquşmalara yol verməməkdir.

Milli.Az





















Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388802.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR