Avstraliyanın Baş naziri terror aktlarında bütün müsəlmanları günahlandırmamağa çağırıb

Avstraliyanın Baş naziri terror aktlarında bütün müsəlmanları günahlandırmamağa çağırıb
10:43 9 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Kanberra, 9 dekabr, AZƏRTAC. 
Avstraliyanın Baş naziri Malkolm Ternbull hökumətdə xələfi olmuş Toni Abbotun “islama daxili inqilab lazımdı” fikri ilə razılaşmadığını bildirib.
Bir müddət əvvəl “Sky News” televiziya kanalına müsahibə verən sabiq Baş nazir T.Abbot demişdi: “Bütün mədəniyyətlər bərabər deyil və vicdanla desək, insan mənliyini və dözümlülüyü yüksək tutan Qərb mədəniyyəti, Tanrı naminə insanların bir-birini qətlə yetirməsinə icazə verən İslam mədəniyyətindən üstündür”.
T.Abbotun qənaətinə görə, müxtəlif ölkələrdə baş vermiş terror aktlarından sonra “cəmiyyət islamın daxilində böyük problemlərin olduğunu inkar edə bilməz”.
Sabiq Baş nazirin fikirlərini şərh etmək barədə “ABS” televiziya kanalının müxbirinin sualını cavablandıran M.Ternbul deyib: ”T.Abbot öz fikirlərinə sahib olmaq hüququna malikdir. Mən onun mövqeyini şərh etmək istəmirəm, lakin bunu mütləq bildirməliyəm ki, heç bir halda biz düşmənlərimizə dəstək verərək, azlığın törətdiyi cinayətlərə görə bütün müsəlmanları təqsirləndirə bilmərik”.
Baş nazir bildirib: “Müsəlmanların əksəriyyəti, bizimlə bərabər ekstremistlər tərəfindən törədilmiş terror aktlarını pisləyirlər”.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avstraliyanin_Bas_naziri_terror_aktlarinda_butun_muselmanlari_gunahlandirmamaga_chagirib-909525

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR