Qənirə Paşayeva Türkiyədə konfrans verib

Qənirə Paşayeva Türkiyədə konfrans verib
10:45 9 Dekabr 2015
16 Sosial
Ölkə mətbuatı
A- A+

Q. Paşayeva Salihlidə "Azərbaycan-Türkiyə münasibətləri: dünəni,bu günü və gələcək prespektivləri" adlı konfrans verib. Lent.az-ın məlumatına görə, Salihli bələdiyyəsi və Türk Ocaqlarının birlikdə təşkil etdiyi tədbirdə çıxış edən millət vəkili ailələrə, aydınlara, KİV və QHT rəhbərlərinə səslənərək “topluma nümunə olaraq bugünkü və gələcək nəsillərə birlik, bərabərliyimizin nə qədər vacib olduğunu daha çox anlatmalıyıq”, - deyib. 

 

O, çıxışında Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından da danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, onun işğaldan azad edilməsi üçün çalışmalıdır.

 

Q. Paşayaeva Salihlinin mərkəzi küçələrindən birinə Azərbaycan, parklarından birinə “Qarabağ” adının verilməsi ilə bağlı təklifinin bələdiyyə başqanı tərəfindən dəstəkləndiyini deyərək, bu cür addımların önəmindən də danışıb. 

 

Tədbirdə çıxış edən Salihli bələdiyyə müavinləri, Türk Ocaqları başqanı bu gün Türk və Müsəlman dünyasının məhz bu düşüncə ilə hərəkət etməsinin vacibliyini xüsusi vurğulayaraq “zaman birlik və bərabərlik zamanıdır”, deyiblər.

 

Millət vəkili Qənirə Paşayeva tədbirin sonunda tədbir iştirakçılarına Azərbaycan həqiqətlərinə dair materialları və özünün həmmüəllifi olduğu “Hocalı Soykırımı:tanıkların dilinden” ve “Karabağ hikayeleri” kitablarını da hədiyyə edib.

 






Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224492

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR