​Əczaçılıq şirkəti 57 min manatlıq apellyasiya şikayətindən imtina edib

11:12 9 Dekabr 2015
13 Sosial
Ölkə mətbuatı
A- A+

“Report”un məlumatına görə, “Folium Farm” MMC apellyasiya şikayətindən imtina edib. Bu səbəbdən də məhkəmə apellyasiya icraatına xitam verib.
Qeyd edək ki, “Folium Farm” MMC VN-in departamentini məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC aktının qismən ləğv edilməsi, vergi və maliyyə sanksiyası borcunun silinməsi və müəssisənin 21 noyabr 2014-cü il tarixinə 57 311 manat həcmində artıq ödəmənin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələb irəli sürüb. Məhkəmə iddianı rədd edib. Qərarla razılaşmayan “Folium Farm” apellyasiya şikayəti verib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR