Bakıda bu yollarda sürət həddi aşağı salındı - FOTO

Bakıda bu yollarda sürət həddi aşağı salındı - FOTO
11:13 9 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakıda iki avtomobil yolunda sürət həddi aşağı salınıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, hava şəraiti ilə bağlı olaraq Böyükşor-Hava limanı istiqamətində avtomobil yolunda sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata, axırıncı zolaqda isə 80 km/saatdan 60 km/saata endirilib.

Eyni zamanda Zığ dairəsi - Hava limanı avtomobil yolunda isə sürət birinci zolaqda 120 km/saatdan 100 km/saata, ikinci zolaqda 100 km/saatdan 80 km/saata, üçüncü zolaqda isə 80 km/saatdan 60 km/saata qədər azaldılıb.

Qeyd edək ki, hava şəraiti normallaşdlqda isə sürət həddi yollarda yenidən bərpa olunacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388839.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR