İran və Pakistan Suriya probleminin siyasi danışıqlar yolu ilə həllini vacib hesab edir

İran və Pakistan Suriya probleminin siyasi danışıqlar yolu ilə həllini vacib hesab edir
11:13 9 Dekabr 2015
25 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Təmkin Cəfərov - Trend:

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Pakistan Baş nazirinin milli təhlükəsizlik və xarici işlər üzrə müşaviri, xarici işlər naziri vəzifəsini icra edən Sərtac Əziz ilə görüşüb. Görüşdə Suriya böhranının siyasi danışıqlar yolu ilə həlli istiqamətində müzakirələr aparılıb. Trend-in məlumatına görə, bu barədə İranın İRNA agentliyi məlumat verir.

Məlumatda qeyd olunur ki, Pakistanın İslamabad şəhərində keçirilən "Asiyanın ürəyi - İstanbul prosesi"nin 5-ci konfransına qatılmaq üçün bu ölkəyə səfər edən M.C.Zərif pakistanlı həmkarı S.Əziz ilə görüşündə regionda baş verən proseslər, xüsusi ilə Suriya məsələsi müzakirə olunub. Hər iki ölkə rəsmiləri terrorizm ilə mübarizə aparmaq üçün regional əməkdaşlığın artırılmasının zəruriliyini vurğulayıblar.

Görüşdə eyni zamanda, iki ölkə arasında müxtəlif sahələrdə iqtisadi əlaqələrin artırılması istəyinin olduğu vurğulanıb.

M.C.Zərif bildirib ki, İran Pakistanla enerji, nəqliyyat, yük daşımaları sahəsində əməkdaşlıq etməyə hazırdır.

Nazir onu da qeyd edib ki, Pakistanın iranlı tacirlər üçün güzəştlər tətbiq etməsini istəyir.

S.Əziz isə bildirib ki, yaxın gələcəkdə İran və Pakistan müştərək iqtisadi komissiyasının iclası keçiriləcək və bu iclasda iki ölkə arasında əməkdaşlıqlar sahəsində sənədlər imzalanacaq.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2467165.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR