İtkinlərin axtarışı və yanğının söndürülməsi davam edir - OPERATİV QƏRARGAHDAN

İtkinlərin axtarışı və yanğının söndürülməsi davam edir - OPERATİV QƏRARGAHDAN
11:25 9 Dekabr 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+

 

SOCAR-ın "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən itkin düşən "Neft Daşları"nın 3 əməkdaşının axtarışları davam edir.

 

"APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

 

"Saat 11:00-a olan məlumata görə, axtarışlar heç bir nəticə verməyib. Buna baxmayaraq, axtarış tədbirləri davam etdirilir", - deyə B. Ağarəhimov bildirib.

 

Baş mühəndis əlavə edib ki, yanğın hələ də söndürülməyib, lakin bu istiqamətdə görülən tədbirlər davam etdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR