Qardaşını öldürən qadının məhkəməsi başladı

Qardaşını öldürən qadının məhkəməsi başladı
11:35 9 Dekabr 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirləndirilən Qusar rayon sakini, 1997-ci il təvəllüdlü Baxışova Alyona Fazil qızının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Lent.az-ın məlumatına  görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən  hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmə baxışı dekabrın 16-a təyin edilib.

 

Qeyd edək ki, qətl bu il  Qusar rayonun Lecet kəndində baş verib. A.Baxışova ailə münaqişəsi zəminində qardaşını qətlə yetirib. Polis əməkdaşların əməliyyat-axtarış  tədbirlərini nəticəsində A. Baxışova saxlanılıb. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR