Futbol üzrə muxtar respublika çempionatının ilk dövrəsi başa çatıb

Futbol üzrə muxtar respublika çempionatının ilk dövrəsi başa çatıb
12:20 9 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 9 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının təşkil etdiyi futbol üzrə XIV Naxçıvan Muxtar Respublika çempionatının ilk dövrəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, 10 komandanın mübarizə apardığı çempionatın ilk mərhələsinin son turu liderlərin qarşılaşması ilə yadda qalıb. Bu tura kimi turnir cədvəlində liderliyi əldən verməyən “DİN-Darıdağ” mövsümdə ilk məğlubiyyəti ilə üzləşib. Doğma arenada çempionatın favoriti “Araz-Naxçıvan”ı qəbul edən “DİN-Darıdağ” meydanı 2:3 hesablı məğlubiyyətlə tərk edib. “DİN-Darıdağ”ın 9-cu turda məğlub olmasından Naxçıvan Dövlət Universitetinin (NDU) komandası maksimum yararlanıb. Səfərdə “Batabat”dan üstün olan (2:4) tələbələr turnir cədvəlindəki mövqelərini bir qədər yaxşılaşdırıblar. Digər 3 oyunda isə meydan sahibləri aktivlərinə üç xal yazdırmağa müvəffəq olublar. “Arpaçay” çempionatın autsayderi “Sədərək” komandasını, “Babək” isə “Kəngərli” komandasını böyük hesabla üstələyib – 3:0. “Dübəndi” - “Əlincə” görüşündə isə ordubadlılar mövsüm ərzində ikinci qələbələrini qazanıblar – 2:1.
Futbol üzrə Naxçıvan Muxtar Respublika çempionatının ilk dövrəsi “Araz-Naxçıvan”ın liderliyi ilə yekunlaşıb. “DİN-Darıdağ” komandası eyni xala malik olsa da, “qırmızı-ağlar” səfərdə rəqiblərini üstələdiyinə görə liderliyi ələ alıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Futbol_uzre_muxtar_respublika_chempionatinin_ilk_dovresi_basa_chatib-909552

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR