Tacikistanda zəlzələnin baş verdiyi ərazidə daha 13 yeraltı təkan qeydə alınıb

Tacikistanda zəlzələnin baş verdiyi ərazidə daha 13 yeraltı təkan qeydə alınıb
12:21 9 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Düşənbə, 9 dekabr, AZƏRTAC
Dekabrın 7-də Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində baş verən güclü zəlzələdən sonra həmin ərazidə daha 13 yeraltı təkan qeydə alınıb.
Ayın 7-də baş verən zəlzələ nəticəsində Tacikistanda iki nəfər həlak olub, 15 nəfər xəsarət alıb. Bununla yanaşı, mindən artıq ev yararsız hala düşüb ki, onların da 588-i Bədəxşan vilayətindədir. Bu vilayətdə 237 ev tamamilə dağılıb.
Ruşan rayonunda isə 419 evin 214-ü tamamilə, 205-i isə qismən dağılıb. Bundan başqa, ölkədə çoxlu sayda sosial obyekt, kitabxana və məktəb binasına da ciddi ziyan dəyib.
Dekabrın 9-da Prezident Emoməli Rəhmon sədrliyi ilə zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı yaradılan hökumət komissiyasının iclası keçirilib. Tacikistanın Baş naziri Kaxir Rasulzoda bildirib ki, evləri tamamilə dağılan ailələr müvəqqəti yaşayış yerlərinə köçürülüb. Onlar ərzaq, isti paltar və dərman vasitələri ilə təchiz olunub.
Tacikistan Prezidenti Emomali Rəhmon həlak olanların yaxınlarına başsağlığı verib. Dövlət başçısı evləri tamamilə dağılan ailələrə yeni mənzillərin tikilməsi üçün müvafiq yerlərin ayrılmasına, digər evlərin isə təmir edilməsinə dair göstəriş verib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tacikistanda_zelzelenin_bas_verdiyi_erazide_daha_13_yeralti_tekan_qeyde_alinib-909547

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR