“Taliban” yaraqlılarının aeroporta hücumu nəticəsində 8 nəfər həlak olub

“Taliban” yaraqlılarının aeroporta hücumu nəticəsində 8 nəfər həlak olub
12:22 9 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
“Taliban” döyüşçülərinin Əfqanıstanın cənubundakı Qandahar əyalətində yerləşən hava limanına hücumu nəticəsində azı 8 nəfər həlak olub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yerli hökumət yaraqlıların hava limanının yaxınlığındakı köhnə məktəb binasından atəş açdıqlarını və döyüşlərdə 10 yaraqlının öldürüldüyünü iddia edir.
Regional müşahidəçilərin fikrincə, “Taliban” döyüşçülərinin hədəfində əfqan ordusu və NATO kontingentinin hava limanında yerləşən müştərək hərbi bazası olub. Əldə olan məlumata əsasən, yaraqlılar aeroport kompleksinə girərək hərbçilərin evlərini atəşə tutublar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Taliban_yaraqlilarinin_aeroporta_hucumu_neticesinde_8_nefer_helak_olub-909539

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR