“Qırmızı kitab”a düşən quşu ovladı, yaxalandı - İMİŞLİDƏ

“Qırmızı kitab”a düşən quşu ovladı, yaxalandı - İMİŞLİDƏ
12:24 9 Dekabr 2015
29 Ölkə
Ölkə mətbuatı
A- A+

 

İmişlidə qanunsuz ov faktı qeydə alınıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayon Polis Şöbəsi əməkdaşlarının rayonunun Sarısu gölü ərazisində keçirdiyi reyd zamanı qanunsuz ovla məşğul olan İmişli rayon sakinləri Zəkəriyyə Nadir oğlu Mirzəyev və Murtuz Məşdi oğlu Əliyev saxlanılıb. Hər iki şəxsdən ov tüfəngi, patronlar və ovladıqları adı “Qırmızı kitab”da olan 6 ədəd Sultan toyuğu aşkarlanaraq götürülüb.

 

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224523

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR