Azərbaycanda sərnişin qatarlarının hərəkət cədvəli dəyişib – CƏDVƏL

Azərbaycanda sərnişin qatarlarının hərəkət cədvəli dəyişib – CƏDVƏL
12:25 9 Dekabr 2015
45 Sosial
Ölkə mətbuatı
A- A+

2016-cı il üçün sərnişin qatarlarınnın yeni hərəkət cədvəlinə keçməsi ilə əlaqədar, Azərbaycan Dəmir Yollarında beynəlxalq və yerli istiqamətdə hərəkət edən sərnişin qatarları 13 dekabr 2015-ci ildən etibarən yeni təsdiq olunmuş cədvəl üzrə hərəkət edəcək.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə,  55/56 nömrəli Bakı-Moskva-Bakı sürət qatarı həftədə bir dəfə IV günlər, 369/370 nömrəli Bakı-Xarkov-Bakı sərnişin qatarı qış mövsümündə 13.12.2015-ci il tarixdən 14.04.2016-cı il tarixədək və 19.10.2016-cı il tarixdən 08.12.2016-cı il tarixədək dörd gündən bir, ayın tarixləri ilə Bakı-Mineralnıye Vodı-Rostov-Valuyki-Topoli-Xarkov marşrutu ilə, 449/450 nömrəli Bakı-Xarkov-Bakı sərnişin qatarı yay mövsümündə 23.04.2016-cı il tarixdən 15.10.2016-cı il tarixədək, həftədə iki dəfə II və VI günləri, Bakı-Həştərxan-Volqoqrad-Valuyki-Topoli-Xarkov marşrutu ilə,  391/392 nömrəli Bakı-Rostov-Bakı sərnişin qatarı yay mövsümündə 24.04.2016-cı il tarixdən 17.10.2016-cı il tarixədək, dörd gündən bir, ayın tarixləri ilə hərəkət edəcək.

 

Bundan başqa, texniki səbəblərə görə 55/56 nömrəli Bakı-Moskva-Bakı sürət qatarı Bakıdan 31.12.2015-ci il tarixdə, geriyə Moskvadan 02.01.2016-cı il tarixdə bir reys hərəkətdə olmayacaq. 369/370 nömrəli Bakı-Xarkov-Bakı sərnişin qatarı 2015-ci ildə axırıncı dəfə dekabr ayının 25-də Bakıdan yola düşəcək, 2016-cı ildə isə birinci dəfə yanvar ayının 9-da Bakıdan yola düşəcək. Ölkə daxilində  hərəkət edən sərnişin qatarları, Bakıdan çıxma və Bakıya çatma vaxtlarında bəzi dəyişiklik edilməklə, öz hərəkət cədvəli üzrə hərəkətdə olacaq.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224517

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR