İranda narkotik qaçaqmalçılığına görə ölüm hökmünün ləğv edilməsi təklif edilib

İranda narkotik qaçaqmalçılığına görə ölüm hökmünün ləğv edilməsi təklif edilib
12:29 9 Dekabr 2015
23 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 dekabr. REPORT.AZ/ İranda narkotik qaçaqmalçılığına görə ölüm hökmünün ləğv edilməsi təklif edilib. "Report" İran KİV-inə istinadən xəbər verir ki, İranda narkotik qaçaqmalçılığına görə ölüm hökmünün ləğv edilməsi haqqında qanun layihəsinin müəllifləri ölkənin birpalatalı parlamentinin 290 deputatından azı 70-nin dəstəyini alıb.
Hazırda qanun layihəsi xüsusi komissiyanın baxılmasına verilib. Sənəd təsdiq olunmaq üçün Konstitusiya Keşikçiləri Şurasına verilənə qədər bir neçə mərhələdən keçməlidir.
Cəzanın yumşaldılması təklifi silahlı qaçaqmalçılarla tətbiq edilməyəcək.
Xatırladaq ki, "Amnesty International"ın məlumatlarına görə, təkcə ilin birinci yarısında İranda 694 ölüm hökmü həyata keçirilib və onların əksəriyyəti narkotiklə mübarizə üzrə qanun çərçivəsində mühakimə edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/region/i-randa-narkotik-qacaqmalciligina-gore-olum-hokmunun-legv-edilmesi-teklif-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR