"Xəzər Lənkəran" hazırlaşır

"Xəzər Lənkəran" hazırlaşır
12:30 9 Dekabr 2015
29 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının XVI turunun hazırlığını davam etdirən " Xəzər Lənkəran” məşqlərini Lənkərandakı bazasında keçirir. 


Fanat.az xəbər verir ki, təqvim dəyişikliyi ilə əlaqədar növbəti turun AZAL ilə səfər matçını dekabrın 13-də keçirəcək komanda gündə bir dəfə olmaqla hazırlığı Lənkəranda keçirib dekabrın 12-də paytaxta yola düşəcək. 


Zədəli futbolçulardan İlyas Səfərzadə, Kazım Kazımlı və Elnur Cəfərovun müalicəsi klubun tibbi korpusunun nəzarəti altında davam etdirilir. Cəzalı duruma düşən İlyas Səfərzadə komandaya bu matçda kömək edə bilməsə də cəzasi bitən Elşən Rzazadə AZAL ilə oyunda heyətdə öz yerini tuta biləcək.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotxzr-lnkranquot-hazrlar-t46021.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR