Sərnişin qatarlarında yeni hərəkət cədvəli tətbiq olunacaq

Sərnişin qatarlarında yeni hərəkət cədvəli tətbiq olunacaq
12:31 9 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 13-dən sərnişin qatarlarında yeni hərəkət cədvəli tətbiq olunacaq.

ADY QSC mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, 2016-cı il üçün sərnişin qatarlarının yeni hərəkət cədvəlinə keçməsi ilə əlaqədar, Azərbaycan Dəmir Yollarında beynəlxalq və yerli istiqamətdə hərəkət edən sərnişin qatarları 13 dekabr 2015-ci ildən etibarən yeni təsdiq olunmuş cədvəl üzrə hərəkət edəcək:

- 55/56 nömrəli Bakı-Moskva-Bakı sürət qatarı həftədə bir dəfə IV günlər;

- 369/370 nömrəli Bakı-Xarkov-Bakı sərnişin qatarı qış mövsümündə 13.12.2015-ci il tarixdən 14.04.2016-cı il tarixədək və 19.10.2016-cı il tarixdən 08.12.2016-cı il tarixədək dörd gündən bir, ayın tarixləri ilə Bakı-Mineralnıye Vodı-Rostov-Valuyki-Topoli-Xarkov marşrutu ilə;

- 449/450 nömrəli Bakı-Xarkov-Bakı sərnişin qatarı yay mövsümündə 23.04.2016-cı il tarixdən 15.10.2016-cı il tarixədək, həftədə iki dəfə - II və VI günlər, Bakı-Həştərxan-Volqoqrad-Valuyki-Topoli-Xarkov marşrutu ilə;

- 391/392 nömrəli Bakı-Rostov-Bakı sərnişin qatarı yay mövsümündə 24.04.2016-cı il tarixdən 17.10.2016-cı il tarixədək, dörd gündən bir, ayın tarixləri ilə hərəkət edəcəkdir.

Bundan başqa, texniki səbəblərə görə:

- 55/56 nömrəli Bakı-Moskva-Bakı sürət qatarı Bakıdan 31.12.2015-ci il tarixdə, geriyə Moskvadan 02.01.2016-cı il tarixdə bir reys hərəkətdə olmayacaqdır.

- 369/370 nömrəli Bakı-Xarkov-Bakı sərnişin qatarı 2015-ci ildə axırıncı dəfə dekabr ayının 25-də Bakıdan yola düşəcəkdir, 2016-cı ildə isə birinci dəfə yanvar ayının 9-da Bakıdan yola düşəcək.

Ölkə daxilində hərəkət edən sərnişin qatarları, Bakıdan çıxma və Bakıya çatma vaxtlarında bəzi dəyişiklik edilməklə, öz hərəkət cədvəli üzrə hərəkətdə olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388865.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR