Səfir: "İsrail "Cənub Qaz Dəhlizi" layihəsinə qoşula bilər"

Səfir: "İsrail "Cənub Qaz Dəhlizi" layihəsinə qoşula bilər"
12:31 9 Dekabr 2015
11 Digər
Ölkə mətbuatı
A- A+

İsrail Azərbaycan qazının Avropaya tədarükünü nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsinə perspektivdə qoşula bilər.

Bunu Trend-ə İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav deyib.

Onun sözlərinə görə, tərəflər bu istiqamətdə artıq danışıqlar aparıblar: "İsrail ölkənin yekun enerji siyasətini müəyyənləşdirdikdən sonra bu məsələyə baxılacaq".

D.Stav qeyd edib ki, İsrail enerji sahəsində Azərbaycanın fəaliyyətinə böyük önəm verir: "Azərbaycan İsrailə neft tədarük edən mənbələrdən biridir və biz hər hansı formada layihədə iştirak edə bilərik. Lakin bunadək həll edilməli olan bəzi texniki və siyasi məsələlər var".

O əlavə edib ki, İsrailin enerji sahəsində kifayət qədər təcrübəsi yoxdur: "Biz bu məsələ üzrə siyasətimizi dəqiq formalaşdıra bilmərik".

Diplomatın sözlərinə görə, neftin qiymətinin ucuzlaşdığı şəraitdə Azərbaycan və İsrail kənd təsərrüfatı sahəsində əməkdaşlığı gücləndirə bilərdi: "İkitərəfli əməkdaşlığın genişləndirilməsinin digər istiqamətləri informasiya texnologiyaları və startap-layihələr ola bilər".

D.Stav diqqətə çatdırıb ki, iki ölkə arasında əməkdaşlıq yüksək səviyyədədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388863.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR